Kanar adalarında yerləşən Las Palmas Universitetinin alimləri sahilə çıxan balinada apardıqları yarılma nəticəsində balinanın ölümünə içindəki 500 min avro dəyərində olan kəhrəba kütləsinin səbəb olduğunu açıqladılar.
Tribuna.az Haber Global-a istinadən xəbər verir ki, balinanın yarılması zamanı balinadan 9,5 kiloqram olduqca nadir kəhrəba çıxarılıb.
Elm adamları, bazar dəyəri təxminən 500 min avro olan kəhrəbanın balinanın bağırsaqlarında qopmağa səbəb olduğunu və balinanın bu səbəbdən öldüyünü təyin ediblər.
Prof. Dr. Antonio Fernandez verdiyi açıqlamada xüsusilə ətir sənayesi üçün son dərəcə qiymətli xammal olan kəhrəbanın 2021-ci ildə La Palma adasında baş verən vulkan püskürməsi nəticəsində zərər görən insanlara satılacağını və bağışlanacağını bildirib.











