Bakıda “yeraltı” xaos: metro rəisinə TƏKLİF

Bakıda “yeraltı” xaos: metro rəisinə TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Məhdudiyyətin təxminən 10-11 ay davam edəcəyi bildirilir.

Tribuna.az-a danışan Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib ki, bu qərar metronun gəlirlərini azaldacaq, sərnişinlərin də xərclərini artıracaq. Onun sözlərinə görə, yeni tədris ili başlayanda isə bu məhdudiyyət tıxacların artmasına, tələbələrin dərsə, getməsinə ciddi problem yaradacaq.

Xəzər Teyyublu hesab edir ki, yaranmış vəziyyətdən çıxış yolu kimi yalnız avtobusların artırılması problemi həll etməyəcək. Onun fikrincə, alternativlər bir neçə olmalıdır: “Hazırda” 28″ May – “Nizami” xəttinin dayanması minlərlə sərnişinin gediş-gəlişinə çətinlik yaradacaq. Həm vaxt itkisi, həm əlavə xərc deməkdir. Xüsusən də tələbələr üçün ikiqat xərc deməkdir. Ümumiyyətlə, hər gün “Neftçilər”dən “İnşaatçılar”a qədər gedən sərnişinlər üçün böyük problem yaranıb. Məncə, metro rəhbərliyi gediş haqlarında müvəqqəti güzəşt, kartlara bonus şəraiti yaratmalıdır. Eyni zamanda, avtobusların sayı artırılmalı, məbləği 30 qəpik olmalıdır ki, vətəndaşlar xərci çox hiss etməsinlər”.

Həsən Ağa