AZTELEKOM BAZARDA MONOPOLİYA YARADIR – TANINMIŞ İQTİSADÇIDAN RƏY

AZTELEKOM BAZARDA MONOPOLİYA YARADIR – TANINMIŞ İQTİSADÇIDAN RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aztelekom Xırdalanda internet xidməti göstərən özəl provayderləri sıxışdırır. Xırdalanda bir çox ərazidə yeganə internet xidməti verən Aztelekomun özbaşınalığı və zəif internet sürəti sakinlərin narazılığıana səbəb olur.

Tribuna.az xəbər verir ki, bu barədə Xırdalan sakini iqtisadçı ekspert Rövşən Ağayev məlumat paylaşıb. O bildirib ki, Aztelekomun qaynar xətti işləmir, işləsə belə vətəndaşın problemi ilə məşğul olmurlar:

“Xırdalanda yaşadığım ərazidə internet xidmətini yalnız Aztelekom göstərir – hər hansı özəl operator üçün şans tanınmayıb. Dünən səhərdən internetimiz yoxdur. Bu şirkətin qaynar xəttinin adı var. Güclə bir nömrələrinə düşə bildim, cavabları bu oldu ki, iş günlərini gözləyin.


Müştəriyə 7/24 olmasa da, ən azından 7/12 xidmət göstərmək sizin borcunuzdur. Özəl operatorlar bunu edir. O zaman xidmət haqqını da 7/24 almayın, məsələn, 5/24 alın. Vətəndaşdan ayın bütün günlərinin, günün bütün saatlarının pulunu al, amma keyfin neçə gün, neçə saat istəyir, o qədər xidmət vaxtı müəyyən elə. Ən azı 7/12 xidmət göstərən texniki heyət saxlamaq niyə çətin olsun ki?
Antiinhisar orqanı istehlakçı hüququnu pozan bu tip vəziyyətləri araşdırıb, keys qərarlar verməlidir.
Dünəndən ailəlikcə az qala 10 manat mobil internetə ödəniş etmişik – Aztelekom üçün aylıq haqqımızın 60%-ni sadəcə 2 günə. Bu mobil operatorların allahsız inernet qiymətləri də bir ayrı dərddir.
Yeri gəlmişkən, 3 ildir kənddəki evimizi də internetə qoşa bilmirəm – dəfələrlə edilən müraciətlər hər dəfə bir bəhanə ilə yola verirlər.
Gənc və perspektivli nazir bunun da cavabını versə, arxayın yaşamaq olar. Yayda hər ay mobil internetə 80-100 manat xərcləməyə məcbur qalırıq”.