Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? – Tam siyahı

Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? – Tam siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Forbes” jurnalı 2026-cı il üçün Rusiya milyarderlərinin reytinq siyahısını açıqlayıb.
Tribuna.az xəbər verir ki, 155 milyarderin yer aldığı siyahıda Azərbaycan əsilli 4 iş adamı yer alıb.
Rusiyanın ən varlı 155 şəxsi arasında yer alan ən varlı azərbaycanlı Vahid Ələkbərovdur. “LUKOIL” şirkətinin sahibi olan Vahid Ələkbərov 29 milyard 500 milyon dollar sərvəti ilə 3-cü sırada qərarlaşıb.
Ələkbərovdan sonra siyahıda yer alan ən varlı Azərbaycan əsilli milyarderlər “Kiyevskaya Ploşad” şirkətinin sahibləri olan Qod Nisanov və Zarax İliyevdir. 155 milyarderin siyahısında 37 və 38-ci yerlərdə qərarlaşan Qod Nisanov və Zarax İliyevin hər birinin 5,1 milyard dollar sərvəti var. Siyahıda 86-cı sırada olan Fərhad Əhmədovun ümumi sərvəti isə 1,7 milyard dollar olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Rusiyada yaşayan Azərbaycan əsilli 4 milyarderin ümumi sərvəti 41,3 milyard dollara çatıb.
Məlumat üçün onu da bildirək ki, Rusiyada yaşayan erməni əsilli milyarderlərin sayı Azərbaycan əsilli milyarderlərin sayı ilə eynidir. Belə ki, “Forbes”in son siyahısında erməni əsilli 4 iş adamı yer alıb. Lakin, onların ümumi sərvəti 18,1 milyard dollar təşkil edib. Rusiyada yaşayan ən varlı erməni Albert Avdolyan hesab olunur. 155 milyarderin arasında 28-ci sırada olan Avdolyanın 7,1 milyard dollar sərvəti var.
Bundan başqa, 44-cü sırada “Tashir Group”un sahibi Samvel Karapetyan yer alıb. 4,1 milyard dollar sərvəti olan Samvel Karapetyan hazırda Ermənistanda həbsdədir və eyni zamanda ölkənin əsas müxalifət hərəkatına liderlik edir. 3,1 milyard dollar sərvəti olan Sergey Qalitski (Arutyunyan) 47-ci, 1,8 milyard dollar sərvəti olan Artyom Xaçatryan isə 83-cü sırada yer alıb.