Rusiyada istehsal olunan “Pаpa mojet” markalı mal əti kolbasasında donuz mənşəli komponentlər aşkar edilib.
Tribuna.az xəbər verir ki, məhsulun Moskva vilayəti Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoxlanışı zamanı kolbasanın tərkibində donuz DNT-sinin üstünlük təşkil etdiyi müəyyən edilib.
Məlumata görə, istehsalçı məhsulun markalanması qaydalarını pozaraq onu mal əti kolbasası kimi təqdim edib və üzərinə “halal” nişanı vurub. Bu isə xüsusilə müsəlman istehlakçıların yanlış məlumatlandırılması kimi qiymətləndirilib və məsələ ilə bağlı dini icma nümayəndələri şikayət ünvanlayıb. Bundan sonra iş “Rospotrebnadzor” tərəfindən araşdırılıb.
Lakin qurum tərəfindən müəssisəyə qarşı yalnız xəbərdarlıq və cüzi məbləğdə cərimə tətbiq olunub. Məhsulun üzərindən “halal” işarəsinin çıxarılıb-çıxarılmaması ilə bağlı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, “Pаpa mojet” markalı kolbasa və sosislər Azərbaycan bazarında da geniş təmsil olunur və hazırda ölkəmizdəki marketlərdə həmin kolbasaların 400 qramı 7 manata təklif edilir.
Modern.az









