Azərbaycanda ötən il səhmdar cəmiyyətlərinin 5 %-dən çoxu auditdən keçməyib

Azərbaycanda ötən il səhmdar cəmiyyətlərinin 5 %-dən çoxu auditdən keçməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə Azərbaycanda 353 səhmdar cəmiyyəti (SC) məcburi audit subyekti olub.

Tribuna.az Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12,4 % azdır.

Ötən il auditdən keçmiş SC-lərin sayı isə 2,1 % azalaraq 334-ə, onların xüsusi çəkisi isə 84,6 %-dən 94,6 %-ə yüksəlib. Başqa sözlə, il ərzində SC-lərin 5,4 %-i auditdən keçməyib.