Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov bu ölkənin xarici işlər nazirinin müavini Bobur Usmanovla görüşüb.
Bu barədə R. Məmmədov “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Görüş zamanı Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, – o yazıb.
Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər üzrə səmərəli əlaqələrin davam etdirilməsi barədə müzakirələr aparıblar.









