Dünya bazarında Azərbaycan neftinin qiyməti 104,98 dollara yaxınlaşıb.
Tribuna.az xəbər verir ki, bundan əvvəl Azərbaycan nefti 101,96 ABŞ dollarına ticarət edilmişdi.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 101,69 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,98 ABŞ dolları və ya 3 % artaraq 102,19 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.









