Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, Bitcoin oktyabrın 15-də son bir ayın ən aşağı səviyyəsinə enərək 80 min dollar həddini keçib. “Bloomberg”in məlumatına görə, dünyanın ən böyük kriptovalyutasının qiyməti 79 720 dollara qədər geriləyib. Bu, sentyabrın 18-dən bəri qeydə alınan ən aşağı göstərici olub.
Qiymət enişinə ABŞ fond bazarında texnologiya səhmlərinin ucuzlaşması və investorların riskli aktivlərə marağının azalması təsir göstərib. Xüsusilə süni intellekt sektorunda gəlirlərin artım tempi ilə bağlı narahatlıqlar bazarlarda satış təzyiqini gücləndirib.
Bundan başqa, ABŞ-da inflyasiyanın gözləniləndən yüksək olması Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmaq ehtimalını gücləndirib. Faizlərin yüksək qalması investorların kriptovalyutalar kimi riskli aktivlərə marağını azalda bilər.
Bununla belə, Bitcoin sonradan itkilərinin bir hissəsini bərpa edib. Oktyabrın 16-da kriptovalyuta yenidən 82 min dollar səviyyəsinə yaxınlaşıb.
Analitiklər qarşıdakı dövrdə ABŞ-ın inflyasiya göstəricilərini və Federal Ehtiyat Sisteminin qərarlarını izləyəcəklər. Bu amillər Bitcoinin qiymətində yeni dalğalanmalara səbəb ola bilər.









