Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə növbəti prezident seçkilərinin münaqişə başa çatdıqdan altı ay sonra keçirilməsinin mümkün olduğunu bildirib.
Tribuna.az xəbər verir ki, Zelenski NBC News-a müsahibəsində həmin müddət ərzində seçkilərin təşkili üçün zəruri qanunvericilik dəyişikliklərinin edilə və müvafiq infrastrukturun hazırlana biləcəyini deyib.
Ukrayna lideri əlavə edib ki, Rusiya hərbi əməliyyatları tam dayandırmağa razı olarsa, seçki prosesini 60 gün ərzində başa çatdırmağa hazırdır.
Seçkilərin keçirilməsi məsələsi Ukraynada hərbi vəziyyət və təhlükəsizlik şəraiti ilə sıx bağlıdır. Səsvermənin təşkili üçün hüquqi təminatların yaradılması, seçicilərin təhlükəsizliyinin qorunması və xaricdə yaşayan ukraynalıların iştirak imkanlarının təmin edilməsi əsas məsələlərdəndir.
İmran Kərimli
Tribuna.az









