Fransa Prezidenti Emmanuel Makron ölkədə həftəsonu baş verən kütləvi iğtişaşlardan sonra daxili işlər naziri Loran Nünezın istefa təklifini qəbul etməyib.
Bu barədə Tribuna.az-a Yelisey sarayına istinadən məlumat yayıb.
Məlumata görə, Makron polis və təhlükəsizlik qüvvələrində idarəetmənin davamlılığını təmin etmək üçün Nünezın vəzifəsində qalmasını istəyib. Prezident həmçinin nazirə talan və zorakılıq hallarına qarşı yeni tədbirlərin mümkün qədər tez hazırlanmasını tapşırıb.
Qeyd edək ki, daxili işlər naziri Loran Nünez həftəsonu keçirilən etirazlar zamanı bəzi şəhərlərdə polisin vəziyyətə nəzarəti itirdiyini etiraf edib.









