Türkiyədə sel qurbanlarının sayı artdı

Türkiyədə sel qurbanlarının sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul və Kocaeli vilayətlərində baş verən sel nəticəsində ölənlərin sayı 8-ə yüksəlib. İtkin düşən bir nəfərin axtarışları davam edir.

Tribuna.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Davut Gül məlumat verib.

Onun sözlərinə görə, İstanbulda 6, Kocaelidə isə 2 nəfər həyatını itirib.

Güclü yağışların səbəb olduğu sel yaşayış məntəqələrində və yollarda ciddi problemlər yaradıb. Xilasedicilər itkin düşən şəxsin tapılması üçün axtarışlarını davam etdirirlər.

Tribuna.az