Etirazçılar Parisdə Luvr muzeyinin girişlərini bağlayıblar

Etirazçılar Parisdə Luvr muzeyinin girişlərini bağlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə tələbələr və etirazçılar dünyanın ən məşhur muzeylərindən biri olan Luvra girişi məhdudlaşdırıblar. Aksiya nəticəsində əvvəlcədən bilet alan turistlər muzeyə daxil ola bilməyiblər.

Tribuna.az xəbər verir ki, bu barədə Fransanın AFP xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, incəsənət və mədəniyyət məktəblərinin tələbələri təhsil sahəsində keçirilən etirazlara dəstək vermək və polis zorakılığına etiraz etmək məqsədilə muzeyin qarşısına toplaşıblar. Onlar muzey rəhbərliyinin giriş qapılarını ziyarətçilərin üzünə açmasına mane olublar.

Aksiya Fransada yaşayış xərclərinin artmasına və təhsil sistemindəki problemlərə qarşı həftəsonundan bəri davam edən kütləvi etirazlar fonunda keçirilib.

Etirazçılar ingilis və fransız dillərində bəyanatlar paylayaraq dünyanın ən böyük muzeylərindən birinin blokadaya alındığını bildiriblər.

İmran Kərimli