Lavrov Bakıda elə söz dedi ki… – Zəngəzura təhdid

Lavrov Bakıda elə söz dedi ki… – Zəngəzura təhdid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda bəyan edib ki, ölkəsi TRİPP layihəsində iştiraka hazırdır. Onun sözlərinə görə, Bakı və İrəvandan heç bir dəvət gəlməyib. Amma dəmiryollarının Rusiyanın nəzarətində olduğuna işarə vuran Lavrov demək istəyib ki, ölkəsinin dəhlizin açılmasına əngəl imkanları qalır. Yəni tərəflər Rusiyanın iştirakını nəzərə almalıdırlar.

Tribuna.az-a bu bəyanatı şərh edən siyasi ekspert Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev bildirib ki, Rusiya layihədən kənardadır. Onun fikrincə, Moskvanı ən iştirakına ilk növbədə Tramp razılıq verməlidir, çünki logistika onun adını daşıyır.

Trampın Putinlə yaxınlaşdığını deyən partiya rəsmisi qeyd edib ki, hər şey dialoqdan asılıdır:

“Zəngəzur dəhlizi Rusiyanın maraq dairəsidir. Bu, ona yeni iqtisadi imkanlar açır. Hərçənd 10 noyabr sənədində özünün nəzarəti yer almışdı, amma fürsəti əldən verdi. İndi isə pay istəyir. Görünür ki, iştirakını təmin etməyənə qədər mane olmağa çalışacaq. Rusiya istəyir ki, sərhədçisi olan ərazidən keçən yüklərin daşınmasında onun da payı verilsin. Yaxud nəzarətdə iştirak etsin. Eyni zamanda, yükdaşımaları məsələsi var”.

Həsən Ağa