Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu olacağı gözlənilir.

Tribuna.az xəbər verir ki, Milli Hidrologiya, Xidmətinin məlumatına əsasən, gün ərzində havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq.

Bölgələrə gəlincə, rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Gülşən Rəsul