Universitetlər nazirliyin tabeliyindən çıxarılsın – Təklif

Universitetlər nazirliyin tabeliyindən çıxarılsın – Təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Universitetlərin Elm və Təhsil Nazirliyinin tabeliyindən çıxarılması təklif edilib.

Tribuna.az xəbər verir ki, belə təkliflə təhsil eksperti Ramin Nurəliyev çıxış edib. O bildirib ki, bunun üçün Ali Təhsil Şurası formalaşdırılsın:


“Təklif edirəm ki, universitetlər Elm və Təhsil Nazirliyinin tabeliyindən çıxarılsın.

Ali Təhsil Şurası formalaşdırılsın və universitetlərlə bağlı bütün qərarlar Ali Təhsil Şurası tərəfindən verilsin. Kadr seçimi və digər qərarları Şura versin.

Elm və Təhsil Nazirliyinin yükü azalmış olar və tam adaptasiya olunar məktəbəqədər və orta ümumtəhsil məktəblərinə.

Hal-hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində bir neçə qurum var, istər-istəməz böyük kütlə ilə işləyir.
Beynəlxalq təcrübədə ali təhsil müəssisələrinin idarəetməsində Ali Təhsil Şurası kimi qurumların fəaliyyətinə rast gəlmək mümkündür”.

Nigar İxtiyarqızı