“Dövlətlər arasında bir siyasi davranış var: bir dəfə qalib gəlmisinizsə, bu, sülh içində yaşayacağınız anlamına gəlmir: qarşı tərəfin özünə gələ bilməməsi, güclənə bilməməsi, qisas ala bilməməsi üçün hər şeyi etməlisiniz”.
Tribuna.az xəbər verir ki, bu fikirləri erməni politoloq Arqişti Kiviryan Azərbaycan-Ermənistan münasibətləri barədə danışarkən deyib.
Onun sözlərinə görə, dünyada heç bir dövlətin tək qaldığı hal yoxdur. “İndi Azərbaycan heç vaxt bu səbəbdən Ermənistan tərəfini tək qoymayacaq. Hətta bir şey imzalansa, ratifikasiya olunsa belə, bundan sonra daim problem yaradacaq”.
Kiviryanın iddiasına görə, Azərbaycanın arqumnetləri var. “Bu, siyasətdir və əgər siz bu siyasətə yiyələnməsəniz, həmişə qarşınızda faktlarla Azərbaycanlılar peyda olacaq. Və Azərbaycan bu modeli çox gözəl başa düşüb”.
O hesab edir ki, Ermənistan 1994-cü ildəki vəziyyətindən istifadə edə bilməyib. “Əgər 1994-cü ildə qalib gəlsəydiniz, Azərbaycan üçün elə bir vəziyyət yaradardınız ki, o, nəinki sizdən dəfələrlə güclü olmaz, həm də sizdən daimi asılı olardı”.
Kiviryanın məntiqinə görə, Bakı və İrəvan arasında sülh olmayacaq. “İndi, onların sülh müqaviləsini imzalamasını istəsəniz də, istəməsəniz də, bu, sülh gətirməyəcək. Yalnız güc balansının bərpası sülh gətirə bilər”.
Fərda Uğur









