Yasamal İH 3 ildir edilən şikayətə baxmır – FOTO

Yasamal İH 3 ildir edilən şikayətə baxmır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayon İcra Hakimiyyəti səkinin zəbt edilməsi ilə bağlı üç ildir edilən şikayətə baxmır.

Tribuna.az xəbər verir ki, bu barədə jurnalist Fimar Asimqızı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, üç ildir Yasamal rayon İcra Hakimiyyətinə səkiyə düzülən meyvə-tərəvəzin yığışdırılması ilə bağlı davamlı müraciətlər etsə də, indiyədək heç bir tədbir görülməyib.

Jurnalist paylaşımında məsələ ilə bağlı narazılığını belə ifadə edib:

“Deməli, üç ildir şikayət edirəm, Yasamal rayon İcra Hakimiyyəti bu meyvə-tərəvəzi piyada yolunun üstündən – səkidən yığışdırıb 5 metr arxaya çəkdirmir. Nə bahalı sövdələşməymiş, qardaş?”.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul