“Ortalığı qarışdıranlar  var” – Qabil Hüseynlidən Türkiyə açıqlaması

“Ortalığı qarışdıranlar var” – Qabil Hüseynlidən Türkiyə açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə bəzi dairələrin Azərbaycanı İsraillə əlaqələrə görə ittiham etməsi üçün heç bir əsaslı arqument yoxdur. Onlar fürsətcil qruplardır və şərləmə kampaniyası aparır”.

Bu sözləri Tribuna.az-a professor Qabil Hüseynli deyib. Onun fikrincə, Türkiyə İsraillə əlaqələrimizi bilir və müstəqil siyasətimizə heç bir qüvvə qarışa bilməz.

Qabil Hüseynli qeyd edib ki, Azərbaycan Fələstin məsələsində də humanitar missiyasını yerinə yetirib, hətta Bakıdakı səfirliyi özü maliyyələşdirir və BMT sənədlərinə əsaslanan mövqedən çıxış edir:

“Sadəcə, qeyri-obyektiv yanaşma var və kampaniyaya çevrilib. Ona qalsa Türkiyənin müxtəlif bayraqlar altında üzən ticarət gəmiləri var ki, İsraillə əməkdaşlıq edir. Təəssüf ki, ortalığı qarışdıranlar var. Azərbaycan və Türkiyə sarsılmaz bağları olan bir millətin iki dövlətidir”.

Politoloq hesab edir ki, Bakı və Ankara bu proseslərə son qoyacaq: “Hər şey keçmişdə qalacaq, amma aranı qatanlar, o bədxah güclər peşman olacaqlar. Cənab İlham Əliyev və cənab Ərdoğan bir daha qardaşlıq mesjalnı verəcəklər”.

Gülşən Rəsul