Azərbaycan millisinin sabiq futbolçusu Taşkın İlter Misli Premyer Liqasının klublarına təklif olunub.
Apasport.az-ın məlumatına görə, “Eyüpspor”un 29 yaşlı yarımmüdafiəçisi karyerasını ölkəmizdə davam etdirmək istəyir.
O, yenidən Azərbaycan millisinə də çağırıla bilər. İlter yığmaya qayıtmağa razılıq verib.
İlter komandası pley-off görüşlərində uduzaraq Superliqa uğrunda mübarizədən kənar qalıb.
Bu üzdən klubdan ayrılmaq niyyətində olan futbolçu Azərbaycan çempionatının iddialı klublarına keçmək fikrindədir.
U-21 yığmamızın sabiq üzvü olan Taşkın əsas millidə 1 oyun keçirib.









