“Atəşgah” Sığorta Şirkətində avtomobilinizi sığorta etdirməyin! Mən bu hadisədən sonra “Atəşgah” sığortadakı kasko sığortamın ləğvini tələb etdim.
Tribuna.az xəbər verir ki, bu barədə üzləşdiyi problemi sosial şəbəkədə ictimailəşdirən şikayətçi Elçin Məmmədov yazıb. O qeyd edib ki, şirkət avtomobilinə dəymiş zərəri ödəməkdən yayınır, düzgün hesablama aparmır:
“Mən avtomobilimi 1200 AZN verib “Atəşgah” sığortada kasko sığorta etdirmişdim. Bu yaxınlarda avtomobilimi əzdilər, qəza oldu. İcbari sığortanı və kasko sığortanı hadisə yerinə dəvət etdim.
80 AZN ödədiyim “Azər Dövlət Sığorta” (icbari) qəzaya görə 2250 manat qiymətləndirmə çıxartdı. 1200 AZN ödədiyim kasko sığortam isə 1500 manat.
Bu hadisə ilə qarşılaşdıqdan sonra ərizə yazaraq “Atəşgah” sığortadakı kasko sığortamın ləğvini tələb etdim”.










