AVSTRALİADA İTMİŞ RADİOAKTİV KAPSUL TAPILDI

AVSTRALİADA İTMİŞ RADİOAKTİV KAPSUL TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya günlərdir Sezium-137 böhranı ilə sarsılır.

Tribuna.az CNN-ə istinadən xəbər verir ki, Nyuman şəhəri yaxınlığındakı bir mədən sahəsi ilə Pert şəhəri arasında yük maşını ilə daşınarkən, içərisində radioaktiv maddə olan kiçik kapsul itdikdən sonra ölkə həyəcan təbili çalmışdı.
Uzunluğu 8 mm, diametri 6 mm olan silindrik kapsulun tərkibində radioaktiv Sezium-137 olduğunu vurğulayan səlahiyyətlilər, söz mövzusu kapsulu tapsalar, “ona toxunmayın” mövzusunda ictimaiyyətə xəbərdarlıq etmişdi.

Səlahiyyətlilər itkin düşən kapsul barədə ərazidə əhaliyə xəbərdarlıq edərək, maddəyə məruz qalmanın radiasiya yanıqlarına və radiasiya ilə bağlı müxtəlif xəstəliklərə səbəb olacağını vurğulayıblar.