İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcraçı direktoru Vüqar Qurbanova müraciət olunub.
Tribuna.az bildirir ki, şikayət məktubunu Ucar rayonu Qarabörk kənd sakini İsmayılov Elnur Əlikram oğlu yazıb. Onun sözlərinə görə, sudurqaya görə 10 il müddətində 2-ci dərəcəli əlil olub. “Əlillik müddəti bitdiyi üçün təkrar həkim komissiyasından keçib sənədlərimi Tibbi Sosial Ekspertiza Komissiyasına göndərdikdə mənə əlillik dərəcəsi təyin olunmasından imtina edildi. Bundan sonra mən Ucar rayon Xəstəxanasına gəlib xəstəlik sənədlərimi istədikdə direktor Zeynal Bayramlı mənə bildirdi ki, xəstəlik sənədlərin özündədir. Mən və atam direktor Z.Bayramlıya şahidlə sübut etsək də xəstəlik sənədlərim ondadır, o buna əhəmiyyət vermədi. Atamın sinəsindən itələyib təhqir edib bizi oradan qovdu.
Bu açıq aşkar qanunsuzluqdur ki, direktor Zeynal Bayramlı bizə qarşı edir.
Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı insanlarla kobud rəftar edir. Ucar sakinləri müayinə və müalicə üçün qonşu rayonlara üz tuturlar”-deyə məktubda deyilir. Şikayətçi daha sonra əlavə edib: “Mənim xəstəlik sənədlərimi Zeynal Bayramlı götürərək qəsdən məhv edib, ya da itirib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevdən və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcraçı direktoru cənab Vüqar Qurbanovda xahiş edirəm şikayətimi yerində mənim iştirakımla araşdırıb xəstəlik sənədlərimi itirib məhv etmiş, insanlarla kobud rəftar edən, dövlət xəstəxanasında ciddi qanunsuzluqlara yol verən Zeynal Bayramlının barəsində qanunu tədbirlər görəsiniz”.
(Əlaqə telefonu; 055 755-68-72)









