Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclası zamanı Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili Dunya Miyatoviç Dağlıq Qarabağa səfər etməyə cəhd etdiyini, lakin buna nail olmadığını bildirib.
Tribuna.az erməni KİV-lərinə istinadən xəbər verir ki, O, Dağlıq Qarabağ probleminə insan haqları prizmasından baxmağa çalışdığını qeyd edib.
“Problem təkcə mən Laçın dəhlizinə və Dağlıq Qarabağa gedə bilməməyimdə deyil, problem ondadır ki, heç kim ora gedə bilməz. Mən bir neçə dəfə cəhd etmişəm. Bir ay əvvəl cəhd etdim, amma fakt budur ki, ora gedə bilmirəm. Və məndən soruşanda ki, niyə orada deyilsən, o əraziyə getmirsən, cavab verəcəm ki, bu, sənə görədir, üzv dövlətlər komissarla onun daxil olmasını mümkün etmək üçün əməkdaşlıq etmirlər”, – Miyatoviç bildirib.
“Mən hazırda Laçın dəhlizinə və Dağlıq Qarabağa səfər etməyə hazıram, amma edə bilmirəm, çünki bunu təmin etmək üçün dövlətlər çalışmalıdır. Hətta döyüş bölgələrinə də gedə bilərəm, amma Dağlıq Qarabağa gedə bilmirəm. Ona görə də soruşanda ki, niyə orada deyilsən, demək istəyirəm ki, bacarmıram. Bu suala üzv dövlətlər cavab verməlidir”, – deyə AŞ-nin insan hüquqları üzrə komissarı Avropa Şurasının rəsmiləri Laçın dəhlizinə və Dağlıq Qarabağa səfər etmək niyyətində olan Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyana cavab verərkən bildirib.









