ARXİTEKTURA VƏ ŞƏHƏRSALMA KOMİTƏSİ  HARDA GƏLDİ TİKİNTİYƏ İCAZƏ VERİR – HÜQUQ MÜDAFİƏÇİSİ

ARXİTEKTURA VƏ ŞƏHƏRSALMA KOMİTƏSİ HARDA GƏLDİ TİKİNTİYƏ İCAZƏ VERİR – HÜQUQ MÜDAFİƏÇİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkədə ən ciddi problemlərdən biri tikintiyə nəzarət, bu sahədə olan qanun pozuntularıdır. Bakının arxitekturasını nəzərə almadan icra hakimiyyətləri, xüsusən Dövlət Arxitektura və Şəhərsalma Dövlət Komitəsi harda gəldi tikintiyə icazə sərəncamı verir. Dövlət rəhbərliyi bu məsələyə xüsusi diqqət yetirərsə, nəzarət-təftiş komissiyası yaradılarsa, bir çox qanunsuz qərarların qarşısını almaq mümkündür”. Bu sözləri Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Xəzər Teyyublu Tribuna.az-ın əməkdaşı ilə söhbətində deyib.

Hüquq müdafiəçisi şəhərsalma üzrə komitənin son vaxtlar verdiyi icazə sənədlərinin yenidən araşdırılmasına zərurət olduğunu düşünür: “Bakının elə yerlərində binaların tikintisinə razılıq verilir ki, buna qətiyyən yol vermək olmaz. Çünki həm şəhərin görünüşünə xələl gətirir, həm tikinti normaları pozulur, həm vətəndaşların yolunu zəbt edir”.
Hüquq müdafiəçisi hesab edir ki, komitə ilə yanaşı yerli icra orqanları da məsuliyyət daşıyır.