Xankəndinin arxa tərəfindən çıxan maşın yolu birinci Kərcicahan kəndinə çıxır, 1 kilometrdən sonra Xəlifəli, sonra Şirlan kəndi gəlir. Şirlan kəndindən çıxan kimi isə 2 yol ayrımı var. Sağa Laçının Arduştuvə Minkəndinə oradan da Laçına çıxır. Sol tərəfə burulanda Laçının Fingə kəndinə, oradan da 500 metrdən sonra Xankəndi Laçın dəhlizinə – şüşə kimi asfalt yola çıxırsan. Yəni Turşu (Lisaqor) kəndinin alt hissəsinə, hal-hazırda etirzçılarımızın dayandıqları yerdən 60 kilometr arxalarına. Bu yol isə heç bir maneə olmadan düz İravana kimi gedir. Yuxarıda sadaladıqlarımın, adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və heç kim də yaşamır.
Tribuna.az xəbər verir ki, bu barədə məlumat paylaşan ehtiyatda olan polkovnik Azay Kərimov bildirib ki, Arayik və qeyri-rəsmilər, başqaları etiraz edənlərin arxasından Xankəndiyə bu yolla gedib-gəlirlər:
“Həmin yerdən Xankəndiyə təxminən 15 kilometr məsafədir. Yol işlək vəziyyətdədir, yük və uzun maşınlar hərəkət edə bilməsə də, kiçik maşınlar üçün tam uyğundur. Şuşa alınandan sonra bildirdim ki, kiçik qruplar halında bu kəndlərə sızıb əsgər kazarması yaratmaq lazımdır”.










