ARA VARDANYAN:”PAŞİNYAN AZƏRBAYCANI MÜHARİBƏYƏ TƏHRİK EDİR”

ARA VARDANYAN:”PAŞİNYAN AZƏRBAYCANI MÜHARİBƏYƏ TƏHRİK EDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ erməniləri Nikol Paşinyanın onlara verdiyi cəzanı çəkirlər. Nikola görə bu gün Qarabağı Ermənistanla birləşdirən yeganə yol bağlıdır”.

Tribuna.az xəbər verir ki, bu sözləri “Hayastan” Ümumerməni Fondunun keçmiş icraçı direktoru Ara Vardanyan deyib.
Onun sözlərinə görə, indiki baş nazirin siyasəti nəticəsində Ermənistan və Qarabağ biabırçı vəziyyətə düşüblər. “Baş nazir həm Qərbdə, həm də Rusiyada vədlər verdi. Paşinyanın vədləri arasında Naxçıvanla Azərbaycan arasında əlaqənin təmin edilməsi də var və o, dəhlizin heç bir məntiqinin olmadığını bəyan etməklə manevr edir. Nikol “sarı mətbuat redaktoru” rolunda qalıb. Ona elə gəlir ki, hamıya yalan danışmaqla hakimiyyətdə əbədi qala bilər. Nikol söz verdiyini yerinə yetirmədiyi üçün azərbaycanlılar bu gün yolu bağlayıblar. 10 noyabr sənədində bu barədə yazılıb, az adam bu barədə danışmağa risk edir, lakin Hrant Baqratyan bunu açıq deyir”.
Vardanyanın fikrincə, baş nazir nəyisə vəd edib, yerinə yetirməyəndə getməlidir ki, onun yerinə bu vədi verməyən başqası gəlsin və bununla da yenidən danışıqlara vaxt qazansın. “Lakin gördüyümüz kimi, Paşinyan tutduğu vəzifədən getməyə hazırlaşmır. O, baş nazir postuna yapışdığından elə bir vəziyyət yaranıb ki, Nikol Azərbaycanı hərbi əməliyyatlara başlamağa məcbur edir”.

Tribuna.az