Qadın paltarı geyinən soyğunçu banka silahlı basqın edib.
Tribuna.az lent.az-a istinadən bildirir ki, hadisə İstanbulda baş verib. Bahçelievler rayonunda qadın paltarı geyinən soyğunçu 170 min lirə oğurlayıb.
Hadisədən saatlar sonra yaxalanan soyğunçu deyib: “Bazara borcum var idi, bunu ödəmək üçün etmişəm”.











