AMERİKA KƏŞFİYYATI AÇIQLADI: QARABAĞDA TOQQUŞMA RİSKİ ARTIR…

AMERİKA KƏŞFİYYATI AÇIQLADI: QARABAĞDA TOQQUŞMA RİSKİ ARTIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi – MKİ və digər kəşfiyyat xidmətləri tərəfindən aparılan “ İllik Təhlükələrin Qiymətləndirilməsi” adlı 2023-cü il üçün qlobal təhdidlərin təhlilində Azərbaycan Ermənistanla münasibətlətinə aid hissəsi siyasiləşmiş müşahidə paylaşıb. MKİ – deyir ki, danışıqlarda öz məqsədlərinə çatmaq üçün Azərbaycan hərbi təzyiqdən istifadə etməyə hazırdır. Ancaq MKİ ermənistanın hərbi təxribatları haqqında bir kəlmə yazmayıb.

Tribuna.az-ın məlumatına görə, bu barədə danışan politoloq Yeganə Hacıyeva bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsi Ermənistanla Azərbaycan arasında gərginliyin davam edəcəyini proqnozlaşdırır:

“Təhlildə qeyd olunur ki, qoşunların sərhədə yaxın ərazidə olması silahlı toqquşma riskini artırır, lakin onların müddəti və intensivliyi məhduddur”.