AKARDAN AÇIQLAMA – “60 MİNƏ YAXIN SURİYALI KÖNÜLLÜ OLARAQ…” – VİDEO

AKARDAN AÇIQLAMA – “60 MİNƏ YAXIN SURİYALI KÖNÜLLÜ OLARAQ…” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın şimalında “Bahar Qalxanı” və “Zeytun Budağı” əməliyyat zonalarının dəstəkləndiyi Kumlu Baza Bölgəsinə gedən Akar, araşdırmalar və yoxlamalar aparıb.

Tribuna.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, Milli Müdafiə naziri Hulusi Akar, “Zəlzələdən sonra yaxınlarını və evlərini itirən 60 minə yaxın suriyalı könüllü olaraq ölkələrinə döndü” deyib.

Nazir Akar onu müşayiət edən Baş Qərargah rəisi ordu generalı Gülər ​​ilə sərhədin sıfır nöqtəsinə gedib. Kavalcık Şəhid Əsgər Gökhan Çakır Sərhəd Polis Bölməsinə gedən Akar müayinə və yoxlamalarını orada davam etdirib. Gözətçi qülləsinə gedərək sərhəd məlumatı alan Akar, gecə-gündüz sərhədləri izləyən yerli və milli istehsal olan Dragoneye (əjdaha gözü) Elektro-Optik Sensor Sistemi və sərhəd təhlükəsizliyi üçün fəaliyyətlər haqqında məlumat alıb.

Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra “Suriyadan Türkiyəyə qaçqın axını” olduğu iddiasının irəli sürüldüyünü xatırladan Akar; “Bu təhrifin həqiqətə uyğun olmadığı açıq və aydın şəkildə ortaya çıxdı. Sərhəd xəttində yoxlamalar apardıq, mülki və hərbi orqanlarla danışdıq. Bunların böhtan olduğunu və bunun əksinin olduğunu ictimaiyyətlə paylaşdıq. 60 minə yaxın suriyalı, zəlzələdən sonra yaxınlarını və evlərini itirənlər könüllü olaraq ölkələrinə qayıdıblar. Biz heç vaxt sərhədlərdən qeyri-qanuni keçidə icazə verməyəcəyik, belə bir şeydən söhbət belə gedə bilməz”, – deyib.