ADU 428 min manatlıq kompyüter və proyektor alır

ADU 428 min manatlıq kompyüter və proyektor alır    

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dillər Universiteti (ADU) daha bir tenderinə yekun vurub.

Tribuna.az xəbər verir ki, təhsil ocağı maşın və avadanlıqların satınalınmasını həyata keçirəcək.

Məlumatda deyilir ki, ADU 179 ədəd kompyuter, 1 ədəd qrafik kompyuter, 4 ədəd proyektor və 5 ədəd proyektor üçün pərdə alacaq.

Qeyd edək ki, tenderin qalibi “AZİMUT TƏCHİZAT” MMC olub. Şirkət ADU-nun sifarişlərini yerinə yetirmək üçün 428 min 926 manat ödəniş alacaq.

Fərda Uğur