Adı ən çox vətəndaşlarla məhkəmə çəkişmələrində hallanan “AccessBank” indi də ödəniş kartları üzrə tender elan edib.
Tribuna.az xəbər verir ki, “AccessBank” məhkəmə çəkişməsi olmayan elə bir ay yoxdur. Bir ay ərzində bu bankın ən az 200 məhkəmə çəkişməsi olur.
Bu ay da “AccessBank”ın 226 məhkəmə çəkişməsi var. Məhkəmə proseslərinə baxanda aydın olur ki, “AccessBank” öz yarışmazlığı, kredit şöbəsinin savadsızlığı üzündən vətəndaşları borclandırıb. 226 məhkəmə prosesinin əksəriyyəti bank tərəfindən vətəndaşlara qarçşı qaldırılan iddialardır.
Əksər işlərin də mahiyyəti kredit müqaviləsi üzrə yaranmış mübahisələrdir. Görünür, bank müştəri sayını çox göstərmək üçün heç bir professional qaydaları gözləmədən kreditlər verib. Sonra da bunu vətəndaşın günahıymış kimi qələmə verərək onları məhkəməyə verir.









