ABŞ dövlət katibinin müavini Erika Olson Ermənistana gəlib.
Tribuna.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
17-18 aprel səfəri zamanı dövlət katibinin müavini Olson ER rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək Ermənistan-Amerika ikitərəfli əməkdaşlığı və ABŞ-ın hərtərəfli sülh sazişinə yönəlmiş Azərbaycan-Ermənistan diplomatik danışıqlarına dəstəyini müzakirə edəcək.









