“ABŞ AZƏRBAYCANIN LAÇIN DƏHLİZİNDƏ NƏZARƏT-BURAXILIŞ MƏNTƏQƏSİ YARATMASINDAN NARAHATDIR” – SƏFİR

“ABŞ AZƏRBAYCANIN LAÇIN DƏHLİZİNDƏ NƏZARƏT-BURAXILIŞ MƏNTƏQƏSİ YARATMASINDAN NARAHATDIR” – SƏFİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfir Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasından ABŞ-ın narahatlığını bir daha vurğulayıb.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, ABŞ Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasından dərin narahatdır. Bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Tsitsernakaberd memorial kompleksində jurnalistlərə müsahibəsində deyib.

Səfir Dövlət Departamentinin dünənki bəyanatına istinad edərək deyib: “Biz hesab edirik ki, bu, sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır”.

O qeyd edib ki, istənilən zorakılıq, o cümlədən təxribatlardan istifadə sülh prosesini pozur.
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesinə kömək etməyə hazırdır və tərəflər arasında danışıqların aparılmasını istəyir, deyə əlavə edib.

ABŞ-ın rəsmi Bakının Laçın dəhlizində sanksiya şəklində hərəkətləri ilə bağlı atdığı əməli addımlar barədə sualı cavablandıran səfir qeyd edib ki, sanksiyalardan söhbət getmir. “Gələcəkdə nə edəcəyik, şərh verə bilmərəm” deyib.