ABB MÜŞTƏRİNİN KARTINI BLOKLAYIB… “HƏR DƏFƏ MÜXTƏLİF BƏHANƏLƏR GƏİRİRLƏR” – ŞİKAYƏT

ABB MÜŞTƏRİNİN KARTINI BLOKLAYIB… “HƏR DƏFƏ MÜXTƏLİF BƏHANƏLƏR GƏİRİRLƏR” – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Beynəlxalq Bankından şikayətim var. Adımıza olan 3900 manatlıq tam kartdan 2 dəfə taksitlə böyük məişət əşyası almışıq. 2400 manat qalığımız var. Hər ay 300 manat ödəyirik.Ödənişdə heç bir gecikməmiz yoxdur. Amma 4-5 aydır kartı bloklayıblar. Hər dəfə də başqa səbəblər göstərirlər.

Tribuna.az xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən vətəndaş yazıb. Problemini sosial şəbəkədə ictimailəşdirən vətəndaş bildirib ki, kartın bloklanmasına bankdan hər dəfə müxtəlif bəhanlər gətirilir:

“Gah parol səhv çıxdı, düzəldi. İndi də bağlayıblar ki, sizin kart xaker hücumuna məruz qalıb. Sonra dedilər başqa adamla sizin kartınız toqquşur, o istifadə edəndə sizdən silinir. Təsəvvür edirsiz?Artıq eşitmədiyimiz bəhanə qalmayıb. İndi deyirlər kartı dəyişək. Biz razıyıq. Amma deməli, biz qalıq 2400 manatı bağlamalıyıq ki, onlar bizə özlərinin texniki probleminə görə yeni kart versinlər. Deyirəm, mən bağlasaydım gedib nəğd alardım məişət əşyasını. Deyirlər, gəlin sizə güzəşt edək, nəğd kredit verək tam kartı bağlayın. Biz başqa heçnə edə bilmirik. Deməli, mən daha ucuz olsun deyə taksitlə aldığım əşya üçün gedib nəğd kredit götürüb ödəməliyəm. Bank adi bir kartdakı, hesabdakı çətinliyi aradan qaldıra bilmir. Kredit kartı əvəzinə debet olsaydı, orda məbləğim olsaydı necə olacaqdı? Çağrı mərkəzi də bir başqa aləmdi. Adamın səbrini sınamaq üçün hər şey edirlər”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.