Rezayi: “İranı məğlub etmək qeyri-realdır”

Rezayi: “İranı məğlub etmək qeyri-realdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranı tez bir zamanda məğlub etmək və təslim olmağa məcbur etmək cəhdləri qeyri-realdır”.

Tribuna.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü İbrahim Rezai deyib.

O deyib ki, hücum halında Tehranın cavabı o qədər dağıdıcı olacaq ki, bütün regionu və infrastrukturunu daş dövrünə qaytaracaq.

İranın müdafiə naziri vəzifəsini icra edən Məcid İbn Rza isə bildirib ki, Tehran rəqiblərinin istənilən bəyanatını real təhdid kimi görür və onlardan silahlı qüvvələrinin hazırlıq səviyyəsini artırmaq üçün istifadə edir.

Fərda Uğur