ABŞ Rusiyadan bu şəxsin azadlığa buraxılmasını istədi

ABŞ Rusiyadan bu şəxsin azadlığa buraxılmasını istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyadan hökumət məmuruna qarşı zorakılıqda ittiham olunan amerikalı Robert Gilmanın azadlığa buraxılmasını istəyib.

Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, Gilman ailəsini təmsil edən insan haqları qrupu “Global Reach”in strategiya direktoru Erik Lesbonun sözlərinə görə, Ağ Ev və Dövlət Departamentinin nümayəndələri belə bir xahişlə Rusiya tərəfinə müraciət ediblər.

Lesbon əlavə edib ki, Rusiyada həbsdə olan ABŞ vətəndaşının təcili tibbi yardıma ehtiyacı var.

Qeyd olunur ki, dövlət katibi Marko Rubio 23 iyulda Manilada Rusiya xarici işlər naziri Sergey Lavrovla Gilmanın azad edilməsi məsələsini müzakirə edib .

Gilman 2022-ci ilin yanvar ayında Voronej dəmir yolu stansiyasında Suxum- Moskva qatarındakı sərnişinlərin onun sərxoş davranışından şikayət etməsindən sonra həbs edilib. Polis bölməsində amerikalı polis məmurunu təpikləyib, bundan sonra hüquq-mühafizə orqanı əməkdaşına hücum etməkdə ittiham olunaraq dörd il yarım həbs cəzasına məhkum edilib, lakin sonradan cəzası bir il azaldılıb.