Mingəçevirdə kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.
Tribuna.az xəbər verir ki, FHN-nin dalğıc axtarış qrupu 2012-ci il təvəllüdlü Nicat Şərifzadənin meyitini batdığı yerdən 1 kilometr aralı məsafədə aşkar edərək sahi çıxarıb və aidiyyatı üzrə təhvil verib.
Xatırladaq ki, 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalının Mingəçevirdən keçən hissəsində çimərkən boğulub.









