Əsryanın “kükrəmə”si: “VERMƏYƏCƏYİK!”

Əsryanın “kükrəmə”si: “VERMƏYƏCƏYİK!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan yenə səsini başına ataraq, “kükrəyib”.

Tribuna.az xəbər verir ki, o, Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası barədə danışaraq, hər şeyin qaydalara uyğun getdiyini bildirib.

O deyib ki, demarkasiya prosesi mütləq aparılmalıdır. Lakin Əsryan bir az da irəli gedərək, “Biz Azərbaycana bir qarış da Ermənistan torpağı verməyəcəyik” deyib.

44 günlük müharibə zamanı Azərbaycan Əsgərinin qabağından qaçan generalın “kükrəməsi” ilk deyil. O, bundan əvvəl də belə fikirlər səsləndirib. Lakin Əsryan anlamır ki, Azərbaycan Ermənistandan torpaq istəmir və tələb də etmir. Bu gün Azərbaycan Əsgəri Azərbaycan dövlətinə məxsus əarzidə yerləşib və oradan çıxmaq kimi bir niyyəti və fikri yoxdur.

Fərda Uğur