Ağdamda yanğını bu şəxs törədibmiş – Video

Ağdamda yanğını bu şəxs törədibmiş – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Tribuna.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev məlumat paylaşıb. O bildirib ki, Ağdam rayonu ərazisində baş vermiş yanğınlarla bağlı polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əkin sahələrinin qəsdən yandırıldığı müəyyən edilib:

“PUA və müşahidə kameralarının görüntüləri əsasında hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı Səbuhi Hüseynli saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq və digər zəruri prosessual tədbirlər davam etdirilir”.

Gülşən Rəsul