Çində bir gənc kişi həddindən artıq arıqlamaq üçün süni intellektdən istifadə etdikdən sonra reanimasiyaya yerləşdirilib.
Tribuna.az xəbər verir ki, kişi uzun müddətdir oturaq iş səbəbindən aldığı çəkidən narahat olub. Artıq çəkidən xilas olmaq üçün süni intellektdən istifadə edərək intensiv məşq proqramı və arıqlama planı yaratmasını istəyib.
Zərərçəkən süni intellektdən təlimatları izləyib və 45 gün ərzində təxminən 18 kq arıqlamağı bacarıb. Lakin o, komaya düşüb və təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlər ona çoxsaylı orqan çatışmazlığı sindromu diaqnozu qoyublar. Həkimlərin sözlərinə görə, xəstənin immun sistemi uzun müddət yuxusuzluq, nizamsız qidalanma və intensiv idman səbəbindən zəifləyib.









