Britaniyada arıqlama preparatları ilə əlaqəli ölüm sayı 100-ü keçdi

Britaniyada arıqlama preparatları ilə əlaqəli ölüm sayı 100-ü keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az The Times qəzetinə isrinadən xəbər verir ki, Böyük Britaniyada populyar arıqlama preparatlarından istifadə ilə əlaqələndirilən 100-dən çox ölüm halı barədə məlumat daxil olub.

Nəşr bildirir ki, ölkənin Dərman və Tibbi Məhsulların Tənzimlənməsi Agentliyinin (MHRA) “Yellow Card” sisteminə GLP-1 reseptor agonistləri və tirzepatid tərkibli preparatlarla bağlı ümumilikdə təxminən 150 min yan təsir hesabatı təqdim edilib.

Ən çox bildiriş Mounjaro preparatının tərkibindəki tirzepatid maddəsi ilə bağlı qeydə alınıb. Bu preparat üzrə 100 mindən çox yan təsir hesabatı daxil olub və onların 10 mindən çoxu ciddi hadisə kimi qiymətləndirilib. Məlumatlarda Mounjaro istifadəçiləri arasında 98, Wegovy istifadəçiləri arasında 37, Saxenda istifadəçiləri arasında isə 18 ölüm halı qeyd olunub.

Bununla yanaşı, həm The Times, həm də MHRA vurğulayır ki, bu hesabatlar dərmanların ölümə birbaşa səbəb olduğunu göstərmir. “Yellow Card” sistemi yalnız şübhəli yan təsirlər barədə məlumatların toplanması üçün nəzərdə tutulub və ölüm hallarının səbəbləri ayrıca araşdırılır. Bir çox hallarda yanaşı xəstəliklər və digər risk amilləri də rol oynamış ola bilər.

İmran Kərimli