Kompleksdə faciə: 2 yaşlı uşaq hovuzda boğuldu – Video

Kompleksdə faciə: 2 yaşlı uşaq hovuzda boğuldu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda faciəli hadisə baş verib. Yaşayış kompleksinin ərazisində oynayarkən itkin düşən 2 yaşlı Kadir Tohum təxminən bir saat davam edən axtarışlardan sonra kompleksin həyətindəki üzgüçülük hovuzunda hərəkətsiz vəziyyətdə tapılıb.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Akhisar məhəlləsində yerləşən yaşayış kompleksində baş verib. Ailə azyaşlının gözdən itdiyini görərək ətrafda axtarış aparıb. Bir müddət sonra uşaq hovuzdan çıxarılıb.

Hadisə yerində yaşayan təcili yardım həkimi ilkin tibbi yardım göstərib, daha sonra çağırılan təcili tibbi yardım briqadası tərəfindən ona ürək masajı edilib və İnegöl Dövlət Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Uşağın meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Polis faktla bağlı araşdırma aparır.

Hadisə anından sonra yaşayış kompleksində yaranan təşviş və azyaşlının hovuzdan çıxarıldığı anları əks etdirən mobil telefon görüntüləri də ictimaiyyətə təqdim olunub.

Gülşən Rəsul