“Joqovurd” qəzeti yazır ki, keçmiş spiker Alen Simonyan bu günlərdə yeni həyat yoldaşı ilə birlikdə Ermənistanda olmasa da, onun ailəsi bu yaxınlara qədər hökumətin yay evində yaşamağa davam edib.
Lakin görünür, vəziyyət dəyişib.
Tribuna.az bildirir ki, “Joqovurd” qəzetindəki mənbələrin məlumatına görə, Alen Simonyanın ailə üzvlərinə, xüsusən də anasına və uşaqlarına artıq hökumətin yay iqamətgahının ərazisinə daxil ola bilməyəcəkləri barədə məlumat verilib.
Eyni mənbələrə görə, onlara şəxsi əşyalarını toplamaq və Baş nazir Nikol Paşinyanın yanında yerləşən rəsmi iqamətgahı tərk etmək tövsiyə olunub.
Sənan Məmmədli









