İran-ABŞ danışıqları Tehranı fikir ayrılığına salıb: Kim üstün gələcək?

İran-ABŞ danışıqları Tehranı fikir ayrılığına salıb: Kim üstün gələcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın hakimiyyət dairələrində ABŞ ilə müharibənin davam etdirilməsi və ya razılaşma əldə olunması məsələsində iki əsas siyasi cəbhə arasında rəqabət güclənir”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə  “Associated Press” Agentliyi çıxış edib.

Nəşrin yazdığına görə, atasının ölümündən sonra lider elan edilən Müctəba Xameneyinin bu qarşıdurmadakı mövqeyi hələ də aydın deyil və onun ictimaiyyət qarşısına çıxmadığı qeyd olunur. “İran hakimiyyəti ABŞ və onun müttəfiqlərinin hərbi bazalarına hücumları koordinasiyalı şəkildə davam etdirsə də, müharibənin son məqsədi ilə bağlı vahid mövqe yoxdur. Bir tərəfdə ABŞ ilə danışıqlara qarşı çıxan və müharibədə “tam qələbə”ni müdafiə edən, Səid Cəlilinin rəhbərlik etdiyi radikal “Sabitlik Cəbhəsi” partiyası yer alır. Digər tərəfdə isə danışıqların davam etməsini və saziş imzalanmasını təşviq edən “İslahatçılar Cəbhəsi”, spiker Məhəmməd Baqer Qalibaf və XİN başçısı Abbas Ərqaçı var”.

Fərda Uğur