Qax rayonunun İlisu qəsəbəsi yaxınlığında məşhur Ramramay (İlisu) şəlaləsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.
Tribuna.az xəbər verir ki, buna dair görüntülər sosial mediada yayılıb.
Bildirilib ki, bir qrup şəxs şəlalənin yaxınlığında tikili inşa edib və yola şlaqbaum qoyublar. Onların şəlaləni ziyarət etmək istəyən şəxslərdən ödəniş tələb etdiyi iddia edilib.
Ərazidən çəkilmiş görüntüləri təqdim edirik:









