6 yaşlı uşaqlar məktəbə getməzdən əvvəl bəzi müayinələrdən keçsələr yaxşı olar.
Tribuna.az xəbər verir ki, bu barədə həkim pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, məktəböncəsi bu müayinə mütləqdir:
“-Görmə və eşitmə qabiliyyətinin müayinəsi
-onurğa sütununun deformasiyaları istiqamətində müayinə
-ümumi klinik analizlər
-qanda dəmir və ferritinin təyini
-irsiyyətdə şəkər və zob varsa, bu istiqamətdə müayinə
-vit D təyini
-bu vaxta qədər olan konkret şikayətlər üzrə
müayinə
və s.
Valideynlər buna diqqət etməlidir”.
Gülşən Rəsul









