6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağının vəziyyətini əks etdirən görüntülər sosial şəbəkələrdə tənqid edilib.
Tribuba.az xəbər verir ki, jurnalist Ramilə Qurbanlı görüntüləri paylaşaraq tibb müəssisəsindəki antisanitar vəziyyətə diqqət çəkib.
O, paylaşımında görüntülərə görə üzr istəyərək belə yazıb:
“Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir.
Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır. Bilmədim, məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı?
Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər?.
Burada sağlam uşaq sağalmaz xəstəliyə yoluxar. Otaqlar, dəhlizlər də oxşar vəziyyətdədir. Daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə…”.
Qeyd edək ki, yayılan görüntülərdə sanitar qovşağın təmizliyi və ümumi vəziyyəti ilə bağlı ciddi narazılıq doğuran məqamlar əks olunub.
Məsələ ilə bağlı 6 saylı Uşaq Kliniki Xəstəxanasının və TƏBİB-in açıqlaması maraq doğurur.
Nigar İxtiyarqızı














