4 günlük sərgi üçün 480 min manat?

4 günlük sərgi üçün 480 min manat?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDİK) Azərbaycanda mövcud olan dini abidələrin foto sərgisini təşkil etmək niyyətindədir.

Tribuna.az xəbər verir ki, sözügedən qurum bununla bağlı tender elan edib.

Bildirək ki, fotosərgi 4 gün davam edəcək. Bunun üçün stendlər qurulacaq və zal icarəyə götürüləcək. Tenderin nəticəsi isə 30.07.2026-cı il tarixində açıqlanacaq.

Keçirilməsi nəzərədə tutulan sərginin maraqlı tərəfi onun üçün ayrılmış büdcə ilə bağlıdır. Belə ki, Komitə 4 günlük sərginin ərsəyə gəlməsi və baş tutması üçün 480 min 930 manat ayırmağı məqbul hesab edib.

Fərda Uğur