Polietilen torbaları pulla satmaqdansa, market kassalarının yanına kağız və parça torbaları qoyulması, onların alıcıya təklif edilməsi daha yaxşı olardı. 3-5 qəpiyə yox, daha baha qiymətə də olsa hamı alar.
Tribuna.az xəbər verir ki, belə bir təkliflə həkim Vaqif Qarayev irəli sürüb. O bildirib ki, gürcüstan kimi kasıb ölkədə polietiten torbaların istehsalı və istifadəsi çoxdan qadağan edilib və problemin həlli üçün əhaliyə heç pulla da satılmır:
“3-5 qəpiklə ekologiya qorunmaz. Həm bu torbalar insan sağlamlığına da ziyandır. Dünya çoxdan bunun fərqindədir. Pulsuz olanda da alıcı alıb harasa atacaq, pullu olanda da. Birdəfəlik yığışdırmaq, istehsalını qadağan etmək lazımdır”.









